Suriyada PKK-Rusiya ittifaqı – birgə məntəqələr qurulur

552

Hurriyyet.org xəbər verir ki, Suriyanın şimalında PKK/YPG ilə Suriya Milli Ordusu arasında şiddətli döyüşlərin getdiyi Ayn İsada ruslar yenə meydandadırlar. 20 günlük döyüşlərin ardından Türkiyənin regionda əməliyyat keçirməsindən qorxan və bölgəni tamamilə boşaldan terrorçular bölgəni Rusiya ilə Əsəd qüvvələrinə veriblər. Rəsmi binalara Əsəd rejimi ilə Rusiyanın bayraqları sancılıb.

7 dekabr tarixindən bəri bazarlıqlar aparan Rusiya, Əsəd rejimi və PKK dünən razılaşma əldə ediblər. Ayn İsanın Əsəd hökuməti və Rusiya qüvvələrinə verildiyi iddia edilib. Qəsəbədəki rəsmi binaların üzərində Rusiya və Suriya bayrarının asıldığı görünür. Rusiya bazasındakı iclaslarda rus zabitlərinin terrorçuları dilə tutduğu bildirilir. Terror təşkilatının liderlərindən olan Riyad Xələf M4 quru yolunun üzərində ruslarla birlikdə 3 ortaq hərbi məntəqə quracaqlarını bildirib. Hərbi məntəqələrin Ayn İsanın şərqində, qərbində və şimalında yerləşdiriləcəyi bildirilib.