Suriyada müxaliflər rus zabiti öldürdülər

63

Hurriyyet.org xəbər verir ki, Suriyanın şimalında müxaliflər tərəfindən həyata keçirilən hücum nəticəsində bir rus zabitin öldüyü bildirilib.

Regiondan informasiya verən “Step” informasiya agentliyinin suriyalı müxalifət mənbələrinə istinad elədiyi xəbərə görə, Lazkiye rayonunun şimalındakı Türkmən dağı bölgəsində müxaliflər tərəfindən açıqlan artilleriya atəşi nəticəsində bir rus zabit ölüb. Bu hücumun ötən gün Rusiya təyyarələrinin Türkiyənin dəstəklədiyi Azad Suriya Ordusu qüvvələrinə etdiyi hücuma cavab olaraq həyata keçirildiyi bildirilir.

Rusiya İdlibdə müxalif əsgərlərin təlim aldığı mərkəzi qırıcılarla vurmuş, bombardman nəticəsində 70 nəfər həlak olmuşdu.

Hurriyyet.org