Suriyada müharibə yenidən alovlanır — ABŞ və Rusiya bölgəyə hərbi texnika toplayır

798

Donald Trampın Suriyaya müdaxiləni dayandırmaq siyasətindən imtina etdiyini bildirən Demokratlar hakimiyyətə gəldikdən sonra Rusiya Yaxın Şərqdəki vəziyyətin kəskinləşməsinə hazırlaşmağa başladı. Belə ki, yanvarın 11-də Rusiya Qara Dəniz Donanmasının “Saratov” adlı böyük desant gəmisi Bosfor boğazından Suriyadakı Tartus Rusiya bazası istiqamətində keçib.

İnterfaks”ın verdiyi məlumata görə, həddən çox yüklənmiş «Saratov» 10-dan çox döyüş gəmisi və köməkçi gəmidən ibarət  eskadronun daimi olaraq mövqe tutduğu Aralıq dənizinə girdi.

Dekabr ayının sonunda Rusiyanın Xmeymim hava bazası və Suriya hökumət ordusuna hərbi yük çatdıran “Novoçerkassk” desant gəmisi Qara dəniz boğazlarından keçərək Suriyaya yola düşdü. Paralel şəkildə, KİV-lər ABŞ-dan Suriya müxalifət qüvvələrinə silah tədarükünün artdığını bildirirlər.

SANA agentliyi yazır ki, 9-10 yanvar tarixlərində antiterror koalisiyasının 30 maşından ibarət hərbi yük karvanı Suriyanın qərbindəki Deyr əz-Zor bazasına gəldi. Qərb Yaxın Şərqə top və tanklar da daxil olmaqla ağır silahlar yolladı. Bu hərbi yük daşınmaları seçkilər dönəmində özündən əvvəlki prezidentin Suriyadan hərbi kontingentlərin çıxarılması ilə bağlı siyasətini tənqid edən Josef Baydenin andiçmə mərasimi ərəfəsində baş verir. ABŞ-ın yeni prezidenti hesab edir ki, Trampın qərarı İŞİD-in yenidən dirçəlməsinə imkan verib.

Rusiya prezidentinin beynəlxalq məsələlər şurasının vitse-prezidenti Aleksandr Aksenenok hesab edir ki, Baydenin andiçmə mərasimindən sonra ABŞ Suriyadakı kontingentini genişləndirəcək və vəzifələrini Rusiyanın qarşısını almaq və kürd müttəfiqlərini qorumaqla tamamlayacaq.