Suriyada ABŞ hərbi bazasına hücum olub

14

 

Hurriyyet.org xəbər verir ki, Suriyada naməlum şəxslər Haseke əyalətində, əş Şaddadi şəhərində yerləşən Amerika hərbi bazasını atəşə tutublar. Məlumatı Suriyanın “Əl-Vətən” qəzeti verib.

Son aylarda mətbuatda Suriyanın Haseke və Deyr əz Zor vilayətlərində yerləşmiş Amerika hərbi bazalarına naməlum dəstələrin hücumları barəsində ardıcıl xəbərlər verilir. Pentaqon isə bu xəbərləri inkar edir.