Suriya hökuməti xəbərdarlıq etdi: “Qaçqınlar geri qayıtmasa, əmlakları dövlətin hesabına keçəcək”

    3

    Hurriyyet.org xəbər verir ki, ölkəsinin milyonlarla insanı qaçqın düşmüş Bəşər Əsəd Suriyaya geri qayıtmayan vətəndaşların əmlaklarının dövlətin hesabına keçiriləcəyini bildirib.

    İllərlə daxili müharibə şəraitində olan Suriyada indiyə qədər milyonlarla insan qətlə yetirilib. Qanlı hücumlardan canını qurtara bilən milyonlarla suriyalı qonşu ölkələrdə və Avropada qaçqın vəziyyətində yaşayır.

    Terror təşkilatlarının at oynatdığı ölkədə, Rusiyanın dəstəyi ilə hakimiyyətdə qalan Əsəd hökuməti son dövrdə bir sıra əraziləri azad edib və yeni bir konstitusiya hazırlamağa başlayıb. Hökumət xaricdə olan suriyalıların ölkəyə geri qayıtmalarını tələb edir. Bəyan edilib ki, qəbul ediləcək yeni konstitusiyaya görə, geri qayıtmayan suriyalıların əmlakları dövlətin hesabına keçəcək. Rusiyanın dəstəyi ilə hazırlanacaq əsas qanuna görə, dövlətin hesabına keçirilən əmlak qalan suriyalılara paylana biləcək.

    Hurriyyet.org