“Surət Hüseynov dar ağacları qurmuşdu ki, Əli Kərimli və İsa Qəmbəri assın” – Siyavuş Novruzov

132

“Vaxtilə Surət Hüseynovun əsiri olan şəxslər indi qəhrəman kimi təqdim olunurlar”.

Hurriyyet.org report-a istinadən xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Onun sözlərinə görə, o zaman hadisələrin qarşısını ala bilməyən AXC-Müsavat cütlüyü indi özlərini demokrat adlandırırlar:

“O zaman Sürət Hüseynov dar ağacları qurmuşdu ki, Əli Kərimlini, İsa Qəmbəri assın. Onları ümummilli lider Heydər Əliyev dar ağacından xilas etdi. O zaman dövlət katibi olan Əli Kərimli iki il qaçıb Kələkidə gizlənmişdi, Heydər Əliyev demokratik dövlət qurandan sonra hərəsi bir dərədən çıxıb özlərini demokrat adlandırdılar”.