“Sumqayıt”ın hazırlıq planı bəlli oldu

135

“Sumqayıt”ın qış hazırlıq planı bəlli olub. Sözügedən komanda çempionatın qalan hissəsi üçün hazırlığa yanvarın 4-dən etibarən Sumqayıt şəhərində start verəcək. “Sumqayıt” toplanış dönəmində iki yoxlama oyunu keçirəcək. Belə ki, komanda yanvarın 10-da “Zirə”, 14-də isə “Qəbələ” ilə qarşılaşacaq.

Qeyd edək ki, “Sumqayıt” Premyer Liqanın 14-cü turu çərçivəsində yanvarın 21-də səfərdə “Keşlə” ilə qarşılaşacaq.