Sumqayıtda yataqxanada YANĞIN – Zəhərlənənlər var – YENİLƏNİB

    3

    Sumqayıtda yataqxanada başa verən yanğın söndürülüb.

    Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, beşmərtəbəli yataqxananın 2-ci mərtəbəsinin hamam otağından əşyalar və 6 kv.m sahə yanıb.

    Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

    ***

    Sumqayıt şəhəri, H. Z. Tağıyev qəsəbəsində 3 saylı yataqxanada yanğın başlayıb.

    Hurriyyet.org apa-ya istinadən xəbər verir ki, Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

    TƏBİB-dən apa-nın sorğusuna verilən cavaba görə, ilkin məlumata görə, yanğın zamanı 3 nəfər tüstüdən zəhərlənib, 2 nəfərə yerində yardım göstərilib. Bir nəfər isə Sumqayıt Təcili Yardım Xəstəxanasına aparılıb.