Sumqayıtda torpaq uçqunu oldu – 1 NƏFƏR ÖLDÜ

    3

    Sumqayıt şəhərində 3 nəfər torpaq uçqunu altında qalıb, 1 nəfər ölüb.

    Hurriyyet.org "Report"a istinadən xəbər verir ki, hadisə Sumqayıtda qazıntı işləri aparılan ərazidə baş verib.

    Hadisə nəticəsində 3 nəfər dağıntı altında qalıb. Onlardan ikisini xilas etmək mümkün olsa da, 1 nəfər, 1986-cı il təvəllüdlü Abbasov Ramil Qabil oğlu torpaq altında qalaraq ölüb.

    Faktla bağlı araşdırma aparılır.