Sumqayıtda süngər sexində yanğın – Tüstüdən zəhərlənən var

    6

    Sumqayıt şəhərində ümumi sahəsi 200 m² olan süngər sexinin yanar konstruksiyaları və içərisində 1 ədəd dəzgah yanıb. 

    Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib. 

    Yaxınlıqdakı sexlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.