Sumqayıtda restoranda dava: müştərilər administratoru döydü

    33

    Sumqayıt şəhərində yerləşən “Türkan” restoranında müştərilər və iaşə müəssisəsinin administratoru arasında dava düşüb.

    Hurriyyet.org report-a istinadən xəbər verir ki, 4 nəfər müştəri hesabın çox olmasını deyib. Obyektin ofisiantı bununla razılaşmayaraq administratoru çağırıb. Mübahisə administratorla da davam edib. Mübahisə zamanı həmin müştərilər restoranın administratoru Rafiq Muradovu döyüblər.

    Faktla bağlı araşdırma aparılır.