Sumqayıtda 36 yaşlı kişi intihar etdi – 5 MİLYON BORCU VARMIŞ – YENİLƏNİB

    6

    Sumqayıt şəhərində intihar edən şəxsin kimliyi və hadisənin təfərrüatı məlum olub.

    Hurriyyet.org report-a istinadən xəbər verir ki, bu, 1982-ci il təvəllüdlü Fuad Qalib oğlu Məmmədovdur.
    O, Sumqayıt şəhərində, 10-cu mikrorayon ərazisindəki ofisində özünü kəndirlə asıb. Araşdırmalar nəticəsində Fuad Məmmədovun 5 milyona yaxın borcu olduğu müəyyənləşib. Məhz bu səbəbdən intihar edib.
    Faktla bağlı araşdırma aparılır.

    ***

    Sumqayıt şəhərində orta yaşlı kişi intihar edib.

    Hurriyyet.org report-a istinadən xəbər verir ki, hadisə şəhərin 10-cu mikrorayon ərazisində qeydə alınıb.

    Belə ki, təqribən, 30-35 yaşlarında olan kişi özünü kəndirlə asaraq öldürüb. Hazırda onun şəxsiyyəti müəyyənləşdirilir.

    Faktla bağlı araşdırma aparılır.