Sumqayıtda mikroavtobus dirəyə çırpıldı: ÖLƏN VAR – VİDEO

    30

    Bakı-Sumqayıt yolunda mikroavtobus yolun kənarındakı dirəyə çırpılıb.

    Hurriyyet.org trend-ə istinadən xəbər verir ki, hadisə səhər saatlarında qeydə alınıb.

    Sumqayıtdan Bakı istiqamətinə hərəkətdə olan “Mercedes Sprinter” markalı 10 ND 312 dövlət nömrə nişanlı sərnişin mikroavtobusu idarəetməni itirərək yolun kənarındakı dirəyə çırpılıb və yolun qarşı hərəkət istiqamətinə keçib.

    Hadisə yerinə yol polisi və təcili tibbi yardım briqadaları cəlb olunub. Qəza zamanı 1 nəfər ölüb.

    TƏBİB-dən verilən məlumata görə, hadisə mikroavtobusun piyadanı vurması nəticəsində baş verib.

    Piyadanı vuran mikroavtobus idarəetməni itirərək yolun kənarındakı dirəyə çırpılıb.

    Nəticədə sürücü ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.