Sumqayıtda mənzildə kişi meyiti tapıldı

    15

    Sumqayıtda mənzildə meyit tapılıb.

    Hurriyyet.org Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 45 yaşlı Yejov Aleksey Oleqoviçin meyitini aidiyyəti üzrə təhvil veriblər.