Sumqayıtda güclü YANĞIN

    27

    Sumqayıt şəhərində gecə saatlarında güclü yanğın olub.

    Sumqayıt dəmiryolu yükboşaltma ərazisində ümumi sahəsi 70000 kvadratmetr olan bir-birinə bitişik avtomobil ehtiyat hissələri və müxtəlif cür avtomobil sürtgü yağları olan anbarlarda yanğın başlayıb.

    Hadisə yerinə Sumqayıt Yanğından Mühafizə Xidmətinin 10-a yaxın avtomobili və canlı qüvvəsi cəlb edilib.

    Yanğın nəticəsində 400 kvadratmetr sahədə avtomobil mühərrik yağları və 25 ton sürtgü materialları yanıb.

    Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb, qonşu anbarlar və 100 ton yağ və sürtgü materialları, o cümlədən 50 ədəd yeni avtomobil şini yanğından tam mühafizə olunub.

    Xəsarət alan olmayıb.

    Yanğının baş vermə səbəbləri araşdırılır.(apa)