Sumqayıtda dava düşdü, 2 qardaş bıçaqlandı

12

Sumqayıtda bıçaqlanma ilə nəticələnən dava baş verib.

Hurriyyet.org xəbər verir ki, şəhər ərazisində bir neçə nəfərin iştirakı ilə kütləvi dava qeydə alınıb. Dava sonda qanla nəticələnib. Belə ki, 20-ci məhəllə sakinləri olan 2 qardaş – 1975-ci il təvəllüdlü Məmmədov Valeh Əbülfət oğlu və 1980-ci il təvəllüdlü Məmmədov Ramiz Əbulfət oğlu bıçaqlanıblar. Müxtəlif dərəcəli bıçaq yarası alan qardaşlar xəstəxanaya yerləşdirilib.

Hadisəni törədənlərin tapılması istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlanıb.

Faktla bağlı araşdırma aparılır./apa/