Sumqayıtda BƏDBƏXT HADİSƏ: usta dördüncü mərtəbədən yıxılaraq öldü

    6

    Sumqayıt şəhərində 55 yaşlı kişi dördüncü mərtəbədən yıxılaraq ölüb.

    Hurriyyet.org-un report-a istinadən məlumatına görə, hadisə şəhərin 9-cu mikrorayon ərazisində qeydə alınıb.

    Belə ki, Sumqayıt şəhər sakini, 1963-cü il təvəllüdlü Mübariz Tapdıq oğlu Hüseynov 9-cu mikrorayon ərazisindəki yaşayış binasındakı mənzillərdən birində peyk antenası quraşdırarkən ehtiyatsızlıqdan 4-cü mərtəbədən yıxılıb. Yaralı xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb.

    Meyit Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinətəhvil verilib.

    Faktla bağlı araşdırma aparılır.