Sumqayıtda yeniyetmə bıçaqlanıb

102

Sumqayıt şəhərində bıçaqlanma hadisəsi baş verib. APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin 10-cu mikrorayon ərazisində baş verib. Belə ki, iki nəfər arasında düşən mübahisə zamanı 2005-ci il təvəllüdlü Rzayev Nicat Xəyal oğlu sağ ayağından bıçaqlanıb.

15 yaşlı yeniyetmə xəstəxanaya yerləşdirilib, cərrahi müdaxilə olunub. Faktla bağlı araşdırma aparılır.