Sumqayıtda qanla dolu flakonları küçəyə atdılar – VİDEO

99

Sumqayıtda qan analizləri ilə dolu flakonlar küçəyə atılıb.

Bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb. Vətəndaş iddia edir ki, görüntülər Sumqayıt şəhərində lentə alınıb:

“Bura Sumqayıt şəhər 1 saylı doğum evinin qarşısıdır, içərisi qanla dolu flakonlar atılıb. Başdan ayağa xəstəlikdir. Heç bilinmir nə analizidir. Doğum evinin yanında klinika da var. Hər ikisindən soruşduq, heç biri öz üzərinə götürmədi. Aidiyyəti orqanlar bu məsələni araşdırmalıdır. Bu, hər cür xəstəliyin yayılmasına şərait yarada bilər”.

Məsələ ilə bağlı “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva Oxu.Az-a açıqlamasında bildirib ki, küçəyə atılan flakonların doğum evinə aidiyyəti yoxdur:

“Sözügedən görüntülər Sumqayıt şəhəri 1 saylı Doğum Evinin həyətinə yox, küçəyə atılıb. Həmin flakonlar doğum evinə aid deyil. Onların əraziyə kim və ya kimlər tərəfindən atıldığına dair məlumat isə yoxdur”.