Sumqayıtda bədbəxt hadisə – Fəhlə 8-ci mərtəbədən yıxılaraq öldü

33

Sumqayıtda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. 

Hurriyyet.org apa-ya istinadən xəbər verir ki, hadisə şəhərin bulvar ərazisində qeydə alınıb. Belə ki, ərazidə tikilən hündürmərtəbəli yaşayış binasında fəhlə işləyən Abşeron rayon sakini, 1991-ci il təvəllüdlü Qasımov Bəhruz Akif oğlu 8-ci mərtəbədən ehtiyatsızlıqdan yıxılıb. O, aldığı xəsarətdən hadisə yerindəcə dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.