Sumqayıtda 20 yaşlı qız nişanlısı tərəfindən öldürüldü – ANASI İSƏ BIÇAQLANDI Sumqayıtda qətl hadisəsi törədilib

87

Belə ki, sentyabrın 4-də saat 22.00 radələrində Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşən yataqxanada yaşayan  şəhər sakini 2000-ci il təvəllüdlü Cabbarova Mehriban Aydın qızı və anası 1978-ci il təvəllüdlü Cabbarova Xatun Eybatulla qızı bıçaqlanıb.

Məlumata görə, hadisəni 20 yaşlı qızın nişanlısı törədib. Yaralıların hər ikisini xəstəxanaya çatdırmaq mümkün olsa da, Mehriban Cabbarovanın həyatını xilas etmək mümkün olmayıb.

Sumqayıt şəhər prokurorluğunun Hurriyyet.org-a verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib
Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İstintaqla zərərçəkmişlərin tanışı Valeh İsgəndərovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Mehriban Cabbarovaya bıçaq xəsarətləri yetirməklə qəsdən öldürməsinə, sonuncunun anası Xatun Cabbarovaya isə bıçaqla xəsarətlər yetirməsinə əsaslı şübhələr müəyyənləşib.

Valeh İsgəndərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.