“Sumqayıt Texnologiyalar Parkı”na baş direktor seçildi

39

“Sumqayıt Texnologiyalar Parkı” MMC-nin (STP) istefa vermiş baş direktoru Emin Məmmədovun yerinə müvəqqəti təyinat olub.

Bu barədə şirkətdən bildirilib.

Məlumata görə, STP-yə rəhbərlik müvəqqəti olaraq baş maliyyə inzibatçısı Rauf Atakişiyevə həvalə olunub./axar.az/