Sumqayıt sakinindən 3 kq heroin götürülüb

69

Cəbrayıl Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində “VAZ-21093” markalı avtomobil 6 saylı qəsəbənin ərazisində saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, sürücü, İmişli rayon sakini N.Fəttahlı və həmyerliləri olan sərnişinləri E.Şahbazov, S.Həsənli və Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş K.Məhərrəmov polis əməkdaşları tərəfindən RPŞ-yə gətiriliblər.

Əməliyyat-axtarış tədbirləri ilə avtomobilə baxış zamanı K.Məhərrəmova məxsus çantadan 3 kiloqram 70 qram heroin aşkar edilərək götürülüb.