Sumqayıt-Bakı yolunda ağır qəza: Taksi dəmir arakəsməyə çırpıldı – VİDEO

    9

    Bu gün səhər saatlarında Sumqayıt-Bakı yolunda ağır qəza olub.

    Hadisə yolun Xırdalandan keçən hissəsində qeydə alınıb.

    Qəza zamanı taksi fəaliyyəti ilə məşğul olan “Opel” markalı avtomobil dəmir arakəsməyə çırpılıb.

    Hadisə nəticəsində xəsarət alanlarla bağlı məlumat yoxdur. Avtomobil yararsız vəziyyətə düşüb.

    Hadisə yerindən çəkilən görüntüləri təqdim edirik:

     

    /oxu.az/