“Sülhməramlıların müşahidəçi adı altında gəlişinə getmək olmaz, tələdir” – ŞAHİN CƏFƏRLİ

72

“Rusiya və digər həmsədrlər 27 sentyabrdan sonra yaranmış yeni reallıqları nəzərə almadan bizə yenə köhnə həll çərçivəsini qəbul etdirməyə çalışır”

“Rusiya “hərbi müşahidəçi” adı altında öz hərbi qüvvələrini Qarabağa yerləşdirmək istəyir. Bunu Lavrov deyib. Müşahidəçiləri atəşkəsə nəzarət etmək üçün hazırkı faktiki təmas xəttində yerləşdirmək nəzərdə tutulur”. Hurriyyet.org xəbər verir ki, bunu siyasi şərhçi Şahin Cəfərli deyib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun masada olan sülh planını da açıqladığını qeyd edən siyasi şərhçi bildirib ki, burada yeni bir şey yoxdur, həmin baza prinsipləri əsasında Lavrov planıdır: “Ətraf rayonların mərhələli şəkildə Azərbaycana qaytarılması (5+2); Dağlıq Qarabağın təhlükəsizliyi və müvəqqəti status; Dağlıq Qarabağ ilə Ermənistan arasında etibarlı dəhliz və s. Beləliklə, Rusiya və digər həmsədrlər 27 sentyabrdan sonra yaranmış yeni reallıqları nəzərə almadan bizə yenə köhnə həll çərçivəsini qəbul etdirməyə çalışır. Sülhməramlıların müşahidəçi adı altında gəlişini isə önə atmaq istəyir. Buna getmək olmaz. Tələdir”.

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org