Sülhməramlıların Laçın dəhlizi və Şuşa istiqamətindəki postları – FOTOLAR

351

Rusiyalı sülhməramlılar Laçın dəhlizi və Şuşa şəhəri yaxınlığında postlarını quraşdırmağı yekunlaşdırır.

Modern.az xəbər verir ki, postlar müxtəlif mühəndis vasitələri ilə təchiz edilib. Burada güllə və mərmidən qorunmaq üçün xüsusi materiallardan istifadə olunur.

 

Sülhməramlılar üçün postların yaxınlığında duş kabinələri, biotualetlər və istirahət otaqları da quraşdırılıb.

Sülhəmramlıların komandanlığı təmas xəttində heç bir insidentin yaşanmadığını və bütün tərəflərin atəşkəs rejimini qoruduğunu bildirib.