Sülh müqaviləsi haqqında mülahizələr

198

Paşinyanın axmaqlığı və Azərbaycan liderinin ağıllı taktikası öz bəhrəsini verdi

Əgər Rusiyada Putindən sonra  gözlənilən fəlakətlər, dağıntılar, vətəndaş müharibəsi və parçalanmalar həqiqətən baş versə, fürsəti əldən vermək olmaz. Bir gecədə hücum edib erməniləri Dağlıq Qarabağdan süpürüb atmaqla, Azərbaycanın bədənindəki bu yara, bu “xərçəng” ləğv edilməlidir

Tarix hər xalqa fürsət verməyi xoşlayır. Bu mənada gec-tez Güney və Quzey Azərbaycanı yenidən vahid və müstəqil dövlət ola bilər. Xalqımız və dövlətimiz daim bu bu arzu, bu istəklə yaşamalıdır. Çünki İranın fars şovinist rejimi öz təbiətləri ilə heç də ermənilərdən geri qalmırlar, onlardan fərqlənmirlər

(Əvvəli ötən sayımızda)

Bəli, Paşinyanın axmaqlığı və Azərbaycan liderinin ağıllı taktikası öz bəhrəsini verdi. Üstəlik, Putinin konfliktə qarışmaması Azərbaycanın parlaq qələbəsi ilə nəticələndi. Düzdür, son anda Putin dözə bilməyib, ermənilərin Azərbaycan ərazilərindən tamamilə qovulub getməsinə imkan vermədi. Lakin, qeyd etdiyimiz kimi, 7 rayona əlavə olaraq Şuşanın və Hadrutun daxil olması bizə kifayət edir. İndi həmin ermənilərin əlində qalan həmin üç rayonla Dağlıq Qarabağın miqyası çox kiçildi. Elə kiçildi ki, artıq bundan sonra orada müstəqillik elan etmək gülünc olar və bu kiçik “dövlətin” də Ermənistan və xariclə əlaqələri tamamilə Azərbaycanın nəzarəti altında olacaq.

Aydındır ki, Azərbaycan inad göstərsə 5 ildən, ən uzağı 10 ildən sonra ruslar Azərbaycanı tərk etməli olacaqlar. Bu halda Dağlıq Qarabağdakı 80-100 min erməni Azərbaycanla dinc şəraitdə yaşamağa məcbur olacaq. Lakin erməni təbiətini də heç vaxt unutmaq olmaz. Azərbaycan daim həmin ya muxtar vilayət, ya da mədəni muxtariyyəti olan bu ərazini hərbi nəzarət altında saxlamalıdır. Şuşada daim Xankəndi və  Xocavənd Ağdərəyə millənən top və raketləri -artilleriyanı hazır saxlamalıdır. Əgər Rusiyada Putindən sonra  gözlənilən fəlakətlər, dağıntılar, vətəndaş müharibəsi və parçalanmalar həqiqətən baş versə, fürsəti əldən vermək olmaz. Bir gecədə hücum edib erməniləri Dağlıq Qarabağdan süpürüb atmaqla, Azərbaycanın bədənindəki bu yara, bu “xərçəng” ləğv edilməlidir. Hakimiyyətdə kim olursa-olsun, bugünkü hadisələrdən nə qədər keçirsə-keçsin, bu plan mütləq haçansa həyata keçirilməlidir. Çünki, qeyd etdiyimiz kimi, erməni xisləti ölməzdir.

Nəhayət yeri gəldiyinə görə ermənilərə münasibətdə (elə başqalarına da) psixologiyamızda da dəyişiklik edilməlidir. Gələcək nəsillərə elə tərbiyə verilməlidir, onlar elə təlqin olunmalıdır ki, bir də sovet dövründə Ermənistanda bir dənə  “Bakı” mahnısı yazılmadığı halda, bizdə yenə 2-3 “Yerevan” mahnısı yazılmasın. Bəstəkarlar, şairlər, ziyalılar yaltaqlıqdan əl çəksinlər, yaltaqlıqdan utansınlar.

Ümumiyyətlə dövlətin başında kim olursa-olsun, öz ünvanına əndazəsiz təriflərə və mədhiyyələrə imkan verməməlidir. Kişiyə, elə arvada da, uşağa da yaltaqlıq yaraşmır. Avropada hətta nüfuzu göylər qədər olsa da, Çörçill və ya de Qoll, Franko kimi dövlət başçısı xalqın yüz faiz dəstəyini qazansa da, onlara ünvanlarına yaltaqlıq ifadələrinə icazə vermirdilərsə, bizdə də belə olmalıdır. Ay nə bilim, millətin atası, ay nə bilim, dünyanın bir nömrəli siyasətçisi, ay nə bilim nə… belə şeylər qadağan edilməlidir, özü də konstitusiya ilə. Çünki dad-aman bizim yaltaqlığımızdan!

Tiflisdə hələ də “Baki” adında küçə yoxdur, heç kiçik bir dalan da yoxdur. Biz gürcülərə münasibətdə heç bir pis addım atmamışıq. Amma onlar bizim 4-5 rayonumuzu, orada yaşayan yüz minlərlə xalqımızın nümayəndələrini demək olar ki, ikinci dərəcəli vətəndaşa çeviriblər. Gürcüstan parlamentinə 2-3 deputat yeri onlara heç nə vermir və onlar parlamentdə demək olar ki, heç nəyə iddia edə bilmirlər. Amma Bakıda əlli ildir ki ən nəhəng küçə “Tbilisi prospekti” adlanır. Bu yaltaqlıq kimin işidir və kimə lazımdır? Gör heç bunu qiymətləndirib Tiflisdə bir daha təkrar edirik, “Bakı”  adında bir dalan da varmı? Yox. Bizi heç adam yerinə də saymırlar. Baxmayaraq, neft və qaz kəmərlərimizin (Bakı-Ceyhan, Bakı-Ərzurum) sayəsində bizdən ildə neçə milyard qazanc götürürlər.

Azərbaycan tarixdə görünməmiş qələbə qazanıb. Bu qələbə demək olar ki, bütün dünyada bizə rəğbət və şöhrət gətirib və bu şanlı ordumuzun, sərkərdələrin və Ali Baş Komandanın sayəsində baş verib. Axı qədim romalılar əbəs yerə deməyiblər ki, sülh istəyirsənsə müharibəyə hazı ol. Əgər ermənilər nə qədər silahlansalar da, nə qədər qisas eşqinə düşsələr də, bizim daimi hazırlığımız onların arzularını ürəklərində qoyacaq. Bunu heç vaxt unutmaq lazım deyi.

Eyni zamanda strateji düşünmə, on illərlə gələcəyi fikirləşmək də lazımdır. Kim bilir, haçansa ABŞ və yaxud İsrail İrana qarşı həqiqi müharibəyə başlayarsa (axı həmin dövlətlər bu niyyətlə İranı daim təhdid edirlər), onda üsyana qalxmış dinc təbiətli cənublu qardaşlarımıza köməyə getməliyik. Çünki tarixdə heç bir milli arzu daim arzu olaraq qalmır. Tarix hər xalqa fürsət verməyi xoşlayır. Bu mənada gec-tez Güney və Quzey Azərbaycanı yenidən vahid və müstəqil dövlət ola bilər. Xalqımız və dövlətimiz daim bu bu arzu, bu istəklə yaşamalıdır. Çünki İranın fars şovinist rejimi öz təbiətləri ilə heç də ermənilərdən geri qalmırlar, onlardan fərqlənmirlər. Öz axmaq siyasətləri nəticəsində gec-tez nəhənglər nəhəngi olan ABŞ-ın və İsrailin səbrini daşdıracaqlar. Bax, onda bizim hərbə hazırlığımız xalqımıza bütün tarixi ərzində ən böyük qələbəni bəxş edə bilər.

 

Əlisa  NİCAT