“Sülh göyərçini”nə dönmüş Fransa Azərbaycana da silah satıb, pul qazanıb – “Liberation”

117

“Bu həftənin bazar günündən başlayaraq Dağlıq Qarabağda döyüşlərin şiddətlənməsi tərəflərə silah embarqosu məsələsini gündəmə gətirib. Lakin Rusiya, İsrail, Türkiyə, hətta Fransa belə hər iki dövlətə silah satmağa davam edir”.

Musavat.com xəbər verir ki, belə bir iddia Fransanın “Liberation” qəzetinin yazarı Pyer Alonsonun yazısında qeyd olunub.

Yazarın bildiridiyinə görə, 2010-cu ildən bu yana Ermənistanın aldığı silahların 93%-i Rusiyanın payına düşür. Bunu Sülh problemlərin araşdırlması üzrə Stokholm institutu (SİRPİ) də təsdiq edir.

Azərbaycanla bağlı məsələ daha mürəkkəbdir. Hər şeydən öncə rəsmi Bakı Ermənistandan daha çox hərbi texnika alıb. Üstəlik, Azərbaycanın silah bazarı yalnız Rusiyanın monopoliyasında deyil.

“Fransa özü də bu bazara girmək istəyib. Fransa Müdafiə Nazirliyinin yüksək vəzifəli şəxsi, daha sonra Xarici İşlər Nazirliyinin Siyasi məsələlər və təhlükəsizlik üzrə idarəsinin baş direktoru Feilipp Errera olmuş hələ 2016-cı ildə bunu istisna etməmişdi.

Pyer Alonsonun yazdığına görə, 2015-2016-cı ildə Fransa Azərbaycana iki dəfə 140,2 milyon və 8 milyon avro dəyərində hərbi texnika verib.

Fransanın əsas marağı Azərbaycana hərbi gəmilər satmaq olub. Hətta bunun üçün danışıqlarda xeyli məsafə də qət edilib. Lakin “Intelligence Online” saytının məlumatına görə, prezident Emmanuel Makronun Azərbaycana rəsmi ziyarətini ləğv edərək Ermənistana getməsi prosesi dayandırıb.

Belə ki, bundan hiddətlənən Azərbaycan tərəfi bununla bağlı bütün müzakirələri bloklayıb.

“Hər bir halda Fransa 2019-cu ildə ümumi həcmi 216,2 milyon avroluq, o cümlədən 190 milyon avro dəyərində “atəşin idarə olunması və siqnal avadanlıqları” satışına lisenziya verib. Bu avadanlıqlar silah embaroqusuna daxil hesab olunmur”,-deyə Pyer Alonso bildirir.