SÜLHƏDDİN ƏKBƏRİN İDDİALARINI YALANLAYAN FOTOSÜBUT… – Elçibəyin kürəkəni paylaşdı

234

Məlum olduğu kimi,  2015-ci ildə ləğv edilmiş milli təhlükəsilik nazirliyinin keçmiş birinci müavini Sülhəddin Əkbərin 4 iyun Gəncə qiyamı münasibətilə “Azadlıq radiosu”na verdiyi müsahibə ölkədə ciddi rezonans doğurub.

Xüsusən də S. Əkbərin mərhum Prezident, Milli Azadlıq Hərakatının lideri Əbülfəz Elçibəyə yönəlik ittihamları, onu Moskvanın “adamı” kimi qələmə verməyə çalışması geniş müzakirəyə səbəb olub. Artıq həmin dövrdəki hadisələrin, müzakirələrin iştirakçıları tərəfindən S. Əkbərin ittiham və idddialarının bir çoxunu yalanlayan açıqlamalar verilib.

Qeyd edək ki, S. Əkbərin ittihamlarından biri də idi ki, guya MTN arxivlərinin açılaraq Rusiyanın agentura şəbəkəsinin ifşa olunması üçün prezident Əbülfəz Elçibəyə israrlı müraciət etməsinə baxmayaraq onun bu tələbinə mərhum Prezidentin biganə münasibət göstərib.

Elçibəyin kürəkəni Aqil Səmədbəyli isə onun ittihamlarını “suya düşürən” bir status paylaşıb. Belə ki, AXC iqtidarı zamanı nəşr olunan bir qəzetdə MTN arxivlərinin açılması məsələsində S. Əkbərin tamamilə fərqli mövqedən çıxış etdiyi əksini tapıb.

Həmin fotosübutu təqdim edirik: