“Süleymaninin öldürülməsində bizim əlimiz yoxdur” – İSRAİLDƏN AÇIQLAMA

21

Hurriyyet.org xəbər verir ki, Benyamin Netanyahu İsrailin İran ilə ABŞ arasındakı münaqişəyə cəlb edilməyə qarşı olduğunu bəyan edib.

İsrail mətbuatının yazdığına görə, ölkənin baş naziri Benyamin Netanyahu İsrailin Təhlükəsizlik Şurasının təcili iclasındakı çıxışında belə deyib: “İsrailin ABŞ-ın Bağdad aeroportu rayonuna endirdiyi raket zərbəsi ilə heç bir əlaqəsi yoxdur və ona görə də Tel-Əviv Vaşinqton ilə Tehran arasındakı münaqişəyə cəlb edilməməlidir”.

Bununla yanaşı, Netanyahu hökumət üzvlərinə Süleymaninin ölümü məsələsi barəsində danışarkən Amerikanı müdafiə edən mövqe tutmağı tapşırıb.

Hurriyyet.org