Süd qazanına düşən 4 yaşlı uşaq xəstəxanada öldü – Bakıda FACİƏ

63

Bakıda azyaşlı bədbəxt hadisə nəticəsində ölüb.

Hurriyyet.org Lent.az-a istinadən xəbər verir ki, iyulun 27-də, saat 13 radələrində paytaxtın Binə qəsəbəsində 2016-cı il təvəllüdlü Elmir Gülməmmədov qaynayan süd qazanına düşüb. O, xəsarət alaraq, 5 saylı xəstəxananın yanıq şöbəsinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, E.Gülmmədov gecə saatlarında dünyasını dəyişib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.