Süd fabrikində qalmaqallı kadrlar – VİDEO

108

Süd fabrikində çəkilən kadrlar qalmaqal yaradıb.

Kadrlar Türkiyənin Konya vilayətində yerləşən süd fabriklərinin birində çəkilib. Kadrlarda işçilərdən birinin qazana girərək süd vannası qəbul etməsi əks olunub.

Başqa bir işçi həmin anları mobil telefonla kameraya çəkərək sosial şəbəkələrdə paylaşıb.

Görüntülərin sosial şəbəkələrdə yayılması narazılıqlara səbəb olub, yüzlərlə insan bu hərəkəti edən işçini qınayıb, ünvanına təhqir dolu şərhlər yazıblar. \\Milli.Az