Suares “Yuventus”da

54

“Barselona”nın hücumçusu Luis Suares karyerasını İtaliyada davam etdirməyə yaxındır. Futbolinfo.az “Marca” nəşrinə istinadən xəbər verir ki, uruqvaylı forvard “Yuventus”la razılığa gəlib.

Məlumata görə, 33 yaşlı futbolçu yaxın günlərdə Turinə yollanacaq. Onun A Seriyası təmsilçisi ilə 2+1 illlik müqavilə imzalayacağı bildirilir. Xatırladaq ki, Suares “Yuventus”da illik 10 milyon avro maaş alacaq.