SUAL: Kim çiyələkdən imtina etməlidir?

    9

    Çiyələk ən sevimli giləmeyvədir. Onu həm uşaqlar, həm də böyüklər xoşlayır.

    Hurriyyet.org xəbər verir ki, çiyələk həm də çox faydalıdır – qanı təmizləyir, damarları möhkəmləndirir, əhvalı yaxşılaşdırır, stresi azaldır.

    Lakin bəzi xəstəliklər və pozulmalar zamanı çiyələyi yemək olmaz. Beləliklə, kim çiyələkdən imtina etməlidir?

    – allergiyadan əziyyət çəkənlər

    – oynaq xəstəlikləri olanlar

    – podaqra olanlar

    – mədə xorası, qastrit və qastroduodenitdən əziyyət çəkənlər

    – böyrək daşı xəstəliyi, sistit və piyelonefrit zamanı.

    Təzyiq dərmanı qəbul edirsinizsə, çiyələk yeməyin. Bu böyrəklərin həddindən artıq yükləməsinə səbəb olacaq. \Saglamolun.az\