Su qiymətinə satılan ŞƏFA MƏNBƏYİ

    24

    Quranda adı çəkilən meyvələrdən biri də xurmadır. Bir vaxtlar süfrələrimizdən əskik olmayan, indi isə demək olar çox az adamın istifadə etdiyi meyvədir. Azərbaycan bazarlarında xurmanın müxtəlif növləri satılır. Qiymətindən asılı olmayaraq heç biri dadına görə digərlərindən demək olar fərqlənmir.

    Ən ucuzu 1 manat 40 qəpikdir ki, o növ xurmanın da dadı əladır.

    Maraqlıdır ki, insanlarımız ondan qat-qat bahalı olan zərərli məhsullara pul xərcləyirlər, amma xurma almırlar. Halbuki xurmanın faydaları saymaqla tükənməz.

    Sayı xurmanın tibbdə və elmi araşdırmalarda təsdiqini tapmış 34 faydasını təqdim edirik.

    1. Xurma orqanizmdəki bakteriyaların məhvinə müsbət təsir göstərir.

    2. Mütəmadi yedikdə beyinin işləmə qabiliyyətini 20 faizədək artırır.

    3. Ürəyə faydalıdır, onun tam fəaliyyətinin bərpasına kömək edir.

    4. Qaraciyərə xeyirlidir.

    5. Öd kisəsinin normal fəaliyyəti üçün xeyirlidir.

    6. Qan azlığından əziyyət çəkənlər üçün ən xeyirli meyvələrdən biridir.

    7. Ağız boşluğu və damaqlara yaxşı təsir göstərir.

    8. Tərkibində kalium var.

    9. Tərkibində A, B1, B2, PP, B5, B6, B9, E, K vitaminləri vardır.

    10. Kalsiumla zəngindir.

    11. Tərkibində maqnezium var.

    12. Fosforla zəngindir.

    13. Tərkibində sodium var.

    14. Tərkibində dəmir var.

    15. Tərkibində sink var.

    16. Xurma bakteriya, mikrob, parazit daşıyıcısı deyil.

    17. Bədənin sərf etdiyi enerjini bərpa edir, gümrahlaşdırır.

    18. Tənəffüs yollarına faydalıdır.

    19. Ana südünün tərkibini vitamin və digər mikroelementlərlə zənginləşdirir.

    20. Damar və kapilyarların divarlarını möhkəmləndirir.

    21. Qan dövranını yaxşılaşdırır.

    22. Yüksək qan təzyiqindən əziyyət çəkənlərə müsbət təsir göstərir.

    23. Xərçəng xəstəliklərinin, xüsusilə mədəaltı vəzi xərçəngi riskini kəskin şəkildə aşağı salır.

    24. Böyrəkləri təmizləyir – sidikqovucu xassəyə malikdir.

    25. Gözlərə, görmə qabiliyyətinə xeyirlidir.

    26. Həzm prosesini yaxşılaşdırır.

    27. Diyet saxlayanların işinə yarayır.

    28. Xurma ağrıları azaldır, əzələlərdəki sıxılmalara yaxşı təsir edir.

    29. Stress qaynaqlı baş ağrılarının qarşısını alır.

    30. Sümük əriməsinə qarşı faydalıdır – gündəlik kalsium ehtiyacını qarşılayır.

    31. İmmuniteti gücləndirir.

    32. Diş ətini möhkəmləndirir.

    33. Bağırsaqların fermentativ aktivliyini yüksəldir.

    34. Öskürəkdə, ağciyər vərəmində və bronxitlərdə çox faydalıdır.

    Qeyd: xurmanı çox miqdarda yemək olmaz. Çox yedikdə başağrısı, ürəkbulanma və qəbizliyə səbəb ola bilər. \\Yeniavaz.com