Su harada yoxdur? — “Azərsu” açıqladı – VİDEO

    21

    Paytaxt ərazisində içməli su ala bilməyən ərazilər açıqlanıb. Artıq həmin ərazilərin içməli su ilə təmin edilməsi istiqamətində işlər davam etdirilir. Azərsu ASC-dən bildiriblər ki, yaranan su problemi əksər ərazilərdə bu gecədən aradan qaldırılacaq

    Əhalinin fasiləsiz içməli su ilə təmin edilməsində yaranan problemin başlıca səbəbi elektrik enerjisinin verilməsində yaranan fasilə nəticəsində anbar su ehtiyatlarının azalmasıdır.

    ''Azərsu'' ASC-nin sözçüsü Anar Cəbrayıllının sözlərinə görə, hazırda anbarların doldurulması istiqamətində işlər davam etdirilir.

    Anar Cəbrayıllı paytaxtda su ala bilməyən əraziləri də açıqlayıb. Həmin ərazilərin artıq böyük əksəriyyəri bu gün gecə saatlarına qədər su ilə təmin ediləcək

    Bölgələrdə isə demək olar ki, içməli suyun verilməsində yaranan fasilə tam aradan qaldırılıb.Anar Cəbrayıllı ümumilikdə ölkə ərazisində əhalinin içməli su ilə təmin edilməsində yaranan problemin konkret aradan qaldırılacağı vaxtı da açıqlayıb.

    Qurum rəsmisi bildirdi ki, paytaxt ərazisində hazırda 95 faizdən çox insan içməli su ilə təmin edilir