“”Su-25″ təyyarəsinin vurulması ağ yalandır” – Müdafiə Nazirliyi

66

“Ermənistan müdafiə nazirliyinin Azərbaycanın növbəti “Su-25″ hücum təyyarəsinin “vurulması” ilə bağlı məlumatı çarəsizlikdən irəli gələn ağ yalandır”.

Bunu Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı bildirib.

Onun sözlərində görə, Azərbaycanın döyüş aviasiyası tətbiq olunmur və biz humanitar atəşkəsin tələblərinə tam əməl edirik.