Stoltenberq NATO-nun Türkiyəyə hava müdafiəsi təmin edəcəyini bildirdi

6

“Türkiyəyə dəstəklərimiz arasında hava müdafiəsi də olacaq”

Hurriyyet.org xəbər verir ki, NATO-nun baş katibi Yens Stoltenberq İdlibdə Rusiyanın dəstəklədiyi Əsəd qüvvələrinin 33 türk əsgərini şəhid eləməsinin ardından NATO-nun Brüsseldə, Türkiyənin tələbi ilə keçirdiyi fövqəladə iclasdan sonra verdiyi açıqlamada deyib: “NATO Türkiyənin yanındadır, Türkiyəni çox qiymətli müttəfiq olaraq görməkdədir. NATO Türkiyəyə dəstəyini bir neçə fərqli yolla göstərəcəkdir. Bunlardan biri hava müdafiəsi yolu olacaqdır. Bu da Suriyadan gələn hava hücumlarının dayandırılmasını təmin edəcəkdir. NATO-nun cənub-şərq sərhədini qorumağa davam edəcəyik”.

Hurriyyet.org