Stiven Siqal Ərdoğanla GÖRÜŞƏCƏK

    15

    Hurriyyet.org xəbər verir ki, amerikalı aktyor Stiven Siqal Türk-Amerika Biznesmenləri Ticarət Palatasının dəvəti ilə Türkiyəyə gəlib.

    Üç il əvvəl Rusiya vətəndaşlığını qəbul edən Siqal mətbuat nümayəndələrinə açıqlamasında 2014-cü ildən sonra artıq ikinci dəfə Türkiyəyə gəldiyini bildirib. O, burada həyata keçiriləcək layihələrdə iştirak edəcəyini bildirib. Siqal jurnalistlərin cansız bədəni sahilə çıxmış Aylan Kurdi adlı uşaq barəsində film çəkilib-çəkilməyəcəyi barəsində sualının cavabında deyib: “Hələlik bu filmlə bağlı bir şey bilmirik, sonra danışacağıq”.

    Siqalın iyul ayının 3-də Türkiyə prezidenti R.T.Ərdoğanla görüşəcəyi gözlənilir.

    Hurriyyet.org