“Startaplara Şəhadətnamələrin verilməsi nə üçün uzanır?” – Osman Gündüz

    6

    “Hələ də Nazilər Kabinetindən bir xəbər yoxdur”

    “Ötən ilin sonunda Vergi Məcəlləsinə edilən dəyişikliklərin təsdiqi ilə bağlı Prezident fərman imzalayıb. Bu fərmana görə, Nazirlər Kabineti 3 ay ərzində güzəştlərin tətbiq ediləcəyi startaplar üçün MEYARLARI təsdiq etməliydi. Yarım ildən çox vaxt keçməsinə baxmayaraq, hələ də Nazilər Kabinetindən bir xəbər yoxdur”. Hurriyyet.org xəbər verir ki, bu barədə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.

    “Təəssüf ki adı çəkilən dövlət qurumlarının heç birisi bu istiqamətdə müzakirə təşkil etmədi”

    “Bildiyim qədər artıq əlaqədar qurumlar, yəni Maliyyə Nazirliyi, Vergilər Nazirliyi, İqtisadiyyat Nazirliyi (KOBİA), NRYTN, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yekun rəyi Nazirlər Kabinetinə çoxdan təqdim ediblər. Təəşşüf ki adı çəkilən dövlət qurumlarının heç birisi bu istiqamətdə müzakirə təşkil etmədi. Hələlik hansı meyarların tətbiq olunacağı ilə bağlı açıqlama verilməyib. ”,-deyə O. Gündüz qeyd edib

    “Ümid edirəm NK MEYARLARIN təsdiqlənməsi prosesini sürətləndirəcək”

    O. Gündüz əlavə edib k, Startap Azərbaycan olaraq onlar da də təkliflərini təqdim ediblər:
    “Xatırladıram ki startaplar qanunvericilikdə nəzərdə tutulan güzəştlərdən istifadə etmək üçün Şəhadətnamə almalıdırlar. Şəhadətnamələr startapların müraciəti əsasında veriləcək. Startaplara Şəhadətnamələrin KOBİA tərəfindən verilməsi nəzərdə tutulub. Bu məqsədlə KOBİA –da Qaydalar və müvafiq Komisssiya formalaşdırılacaq. Ümid edirəm NK MEYARLARIN təsdiqlənməsi prosesini sürətləndirəcək”.

    Şamo EMİN, Hurriyyet.org