ÜST: Dünyada koronavirus qurbanlarının sayı 8 MİN NƏFƏRİ ÖTDÜ

18

Dünyada koronavirusa yoluxanların sayı 200 min nəfəri ötüb, xəstəlikdən 8 mindən çox insan ölüb.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus Cenevrədə mətbuat konfransında bildirib.

"Ümumdünya Səhiyyə Təşkilatına 200 mindən çox hal (yoluxma) və 8000-dən çox ölüm haqqında bildirdilər. 80%-dən çox hal iki – Avropa və Asiya-Sakit okean regionunun payına düşür", – o deyib.

ÜST-ün baş direktoru vurğulayıb ki, yeni xəstəliyin yayılmasının qarşısını alınması üçün dövlətlər COVİD-19 yoluxmuş hər şübhəlini təcrid etməli, yoxlamalı, müalicə etməli, həmçinin xəstələrin hər bir əlaqəsini izləməlidir. \\Report