Əsrin kəşfi: Tarix başdan yazılacaq – Üçbarmaqlı yeni insan növü tapıldı – FOTOLAR

    27

    Perunun Nazca bölgəsində qəribə formalı mumyalanmış cəsəd tapılıb.

    Hurriyyet.org publika.az-a istinadən xəbər verir ki, yadplanetliyə aid olması iddiaları ilə gündəmə gələn mumyalanmış cəsədin indiyə qədər tarixə məlum olmayan bir insan növünə aid ola biləcəyi düşünülür.

    Bu iddia ingiltərəli araşdırmaçılardan gəlib. Onlar mumyanın DNT və karbon analizi testlərini götürüb və cəsədin 1800 yaşında ola biləcəyini açıqlayıb. Cəsədin 98,5%-i insana, 1,5%-i isə bilinməyən bir növə oxşardır.

    İngiltərəli araşdırmaçı və sənədli film prodüseri Stiv Mera Perudakı cəsəddən bir neçə DNT nümunəsi alıb. Mera bu tapıntının tarixi yenidən yaza biləcəyinə inandığını deyib.

    İncə, uzun başı və üç barmağı olan mumyalanmış cəsədin bir qadına aid olduğu ehtimal edilir. 21-ci əsrin ən böyük kəşflərindən biri olan bu mumyanın gerçəkliyi Şri-Lankanın Geneteç Labaratoriyasının professorları tərəfindən də təsdiq edilib.

    Mumyanın beynəlxalq qara bazarda 1 milyon sterlinq qiyməti var.