Spermanın keyfiyyətini artıran qidalar – Kişilərin diqqətinə

    24

    Orqanizmin sağlamlığı üçün düzgün qidalanma vacibdir. Kişi sağlamlığı üçün spermanın keyfiyyəti də öpnəmlidir. Bəs bu istiqamətdə hansı qidalar təsirlidir?

    Bu qəbildən olan faydalı qidaların siyahısını təqdim edirik

    Banan – Banan və əncir xoşbəxtlik hormonu olaraq bilinən və daha çox şokolad yeyildikdə istehsal olunan serotonin hormonunun səviyyəsini yüksəldir. Bu da sperma istehsalına müsbət təsir edir. Stressi azaldır. Tərkibində olan nadir ferment cinsi hormonları nizamlayır. Bundan başqa B1, A ve C vitamini ehtiva edir. Bunlar da orqanizmdə spermanın çoxalmasına təkan verir.

    Quşqonmaz – C vitamini ilə zəngin olan bu giləmeyvə spermanın sayı üçün olduqca faydalıdır.Spermanın sayını azaldan faktorlara qarşı qoruyucu təsirə malikdir.Orqanizmin sperma balansını normada tutar. Bundan başqa C vitamini orqanizmdə sərbəst radikalların fəaliyyətini əngəlləyir. Bədən sperma idxal etməyə hədəflənir.

    Sitrus meyvələri – adətən spermanın genetik materialı üszərində təsir edir. Sitrus meyvələrində də bol-bol C vitamini var. Eyni zamanda stresi azaldır.

    Qoz – Spermanın yaranmasında iştirak edən amin turşuları ilə zəngindir.Bundan başqa, qoz həmçinin qan dövranını yaxşılaşdıran Omeqa 3 yağları ilə də zəngindir.

    Acı şokolad – Bu şokolad növünün tərkibində aminoasit vardır.Bu birləşmə nəticəsində qanda testosteronun səviyyəsi yüksəlir və spermanın sayı artır. Kişilərdə böyümə hormonu da daxil olmaqla başqa bir çox faydaları olan acı şokoladın həddi aşmamaq şərtilə qəbul edilməsi məsləhət görülür. \\Medicina.az