“Söz verdiyi pulun yarısını ödəməyib” – Çavuşoğlu Avropa Birliyini günahlandırdı

24

Avropa Birliyi Türkiyədəki qaçqınlar üçün söz verdiyi 6 milyard avronun yarısını belə ödəməyib.

Hurriyyet.org virtualaz.org-a istinadən bildirir ki, bu sözləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Almaniyanın “Bild” qəzetinə müsahibəsində deyib.

M. Çavuşoğlu qeyd edib ki, Avropa Birliyi 2016-cı ilin sonlarında qaçqınlara dəstək üçün 6 milyard avro təzminat ödəyəcəkləri ilə bağlı bizimlə müqavilə imzalamışdı.

“Müqavilənin şərtlərinə görə, ilkin olaraq 3 milyard, 2018-ci ilin sonlarında isə qalan hissəsi ödənməli idi. Artıq 2020-ci ildəyik, hələ də ilk 3 milyardın tamamı ödənməyib”, – nazir əlavə edib.