Soyuq, küləkli, yağışlı havada papaqsız gəzmək ən ziyanlı vərdişlərdəndir. Bu çox ciddi pozulmalara səbəb ola bilər:
– Otit (orta və daxili qulağın iltihabı). Qulaqlarda furunkullar (güclü ağrıya səbəb olan irinliklər), qulaq sinirinin iltihabı və eşitmə problemləri.
– Üz və ənsə sinirlərinin iltihabı. Bu çox ciddi xəstəlikdir, güclü, üzücü ağrılarla müşayiət olunur və bəzən çox uzunmüddətli müalicə tələb edir.
– Haymorit və frontit.
– Stenokardiya tutması. Saglamolun.az xəbər verir ki, başın həddindən artıq soyuması daxili orqanların damarlarının və o cümlədən ürək damarlarının sıxılması və ürək ağrılarına səbəb ola bilər.
– Astma tutması.
– Keçəlləşmə. Soyuqdan saç soğanaqlarının qidalanması pozulur, saçlar zəif olur, asan tökülür.
– Miqren. Miqrenin səbəbi damarların sıxılmasıdır. Soyuqda damarlar sıxılır və bu da miqrenin əmələ gəlməsinə və ya kəskinləşməsinə səbəb ola bilər.