“Soydaşlarımız səfirliyə zəng vuraraq qələbə sevincini bölüşür” – Faiq Quliyev

129

“Bu gün Azərbaycan xalqı ikiqat bayram sevinci içindədir. Biz bu gün həm zəfər bayramını – Şuşanın işğaldan azad olunmasını, həm də Dövlət Bayrağı Gününü qeyd edirik”.

 

Bunu Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev jurnalistlərə açıqlamasında söyləyib.

 

Gürcüstanda yaşayan soydaşlarımızı bayramlar münasibətilə təbrik edən diplomat deyib:

 

“Yüzlərlə soydaşımız səfirliyə zəng vuraraq Azərbaycan dövlətinə dəstəklərini ifadə edib və qələbə sevincini bölüşüb. Əminik ki, qələbə günlərimiz çox olacaq, işğal altındakı bütün torpaqlarımız azad ediləcək və biz əzəli torpaqlarımıza qayıdacağıq”.

 

Səfir bildirib ki, Gürcüstandakı soydaşlarımız Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşiblər və şanlı Ordumuzu dəstəkləyirlər. Gürcüstanın müxtəlif bölgələrində yaşayan soydaşlarımız Azərbaycanla həmrəylik nümayiş etdirirlər. \\Modern