“Şövkət Ələkbərova” gəmisində aclıq başladı: – 10 azərbaycanlı…

84

“Şövkət Ələkbərova” tankerinin kapitan köməkçisi aclığa başlayıb.

Lent.az -ın Rusiya Peşəkar Dənizçilər İttifaqına istinadən məlumatına görə, “Palmali” şirkətinə aid olan tankerin heyəti 13 aydır əməkhaqqı almır. Malta bayrağı altında üzən gəmi hazırda İstanbul limanında lövbər salıb. Kapitan Vadim Kayuçkinin bildirdiyinə görə, tankerdə ərzaq və su qıtlığı yaranıb. “Aid olduğumuz şirkət bizi sadəcə atıb gedib”, – deyə, o bildirib.

“Palmali”dən isə bildirilib ki, tankerin heyəti qısa zamanda əvəzlənəcək. Amma dəqiq tarix deyilməyib.

Onu da qeyd edək ki, tanker heyətinin 10 nəfəri azərbaycanlıdı