“Sovetski” sakinlərinin gecə qazını, suyunu, işığını kəsdilər – “Soyuqdan donuruq”

18

Bakının Yasamal rayonu, “Sovetski” adlanan ərazisində 14 ailəyə məxsus evlərə verilən qaz, su və elektrik enerjisi dayandırılıb.

Sakinlərin də buna etiraz olaraq küçəyə çıxıb, tonqal qalayıblar.

“Bizdən evləri tərk etməyimizi istəyirlər. Onların verdikləri məbləğlə razı deyilik. Çünki bazar qiyməti nəzərə alınmır. Bizə evin hər kvadratmetrinə 1 500 AZN təklif edilir. Biz bu vəsaitlə mənzil ala bilmərik. Razılaşmadığımız üçün də evlərimizi tərk etmirik. Onlar da qazı, suyu, işığı kəsiblər, soyuqdan donuruq. Biz mübarizəmizi sonadək davam etdirəcəyik”- sakinlər bildiriblər. \\Pravda.az