Sosial məsafə ölümdən necə qoruyur? – Nəticəsi təsdiqləndi

36

Sosial məsafənin qorunmasının koronavirusa yoluxmanın qarşısını aldığı təsdiqlənib.

Publika.az xəbər verir ki, bununla bağlı ABŞ-ın Viskonsin Universiteti araşdırma aparıb.

Araşdırma nəticəsində bildirilib ki, sosial məsafə qaydası Nyu-Yorkda mart ayından 1 həftə əvvəl başlamış olsaydı, mayın sonundakı yoluxma rəqəmləri 203 min 261 yerinə 41 min 366-da qala bilərdi. Yəni sosial məsafə yoluxmanı 80% azalda bilərdi. Əksinə, 1 həftə gec başlasaydı, 7 qat artaraq 1,4 milyona yüksələrdi.

Sosial məsafənin necə tətbiq edildiyini mobil telefon siqnalları vasitəsilə izlədiklərini bildirən araşdırma qrupu ABŞ-ın ən qələbəlik şəhərlərindən olan Nyu-Yorkla daha az əhaliyə sahib Viskonsini müqayisə edib. Bununla sağlam nəticə əldə edə bildiklərini qeyd ediblər.

Viskonsin Universiteti Sənaye və Sistem Mühəndisliyi üzrə professor Oğuzhan Alagöz pandemiyanın sonunun insanların əlində olduğunu bildirib.