Sosial izolyasiya tədbirlərini icra etməyi səngitməməliyik – ŞƏRH

60

“Hesab edirəm ki, bugünkü günə qədər Azərbaycanda karantin rejiminə ümumən riayət olundu”.

Hurriyyet.org bildirir ki, bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Musa Qasımlı deyib.

Millət vəkili bildirib ki, hadisələrin gedişatından və xəstələrin azalma tempindən asılı olaraq koronavirusla bağlı lazımi addımlar atılacaq: “Ümumiyyətlə, karantin dönəminin çətin mərhələsini geridə qoyduğumuzu düşünürəm. Karantin rejiminin yumşaldılması və ya sərtləşdirilməsi prosesi hadisələrin gedişatına bağlıdır. Xəstələrin sayı azaldığı təqdirdə zənnimcə, yumşaldılmalıdır. Bunun baş verməsi təbii qarşılanmalıdır. Hazırda rəsmi nümayəndələrin hadisələri düzgün qiymətləndirib, ən obyektiv qərarı açıqlayacaqlarına inanıram.

Ancaq pandemiya kəskinləşərsə, karantin rejimi kəskinləşdirilə bilər. Ona görə də sosial izolyasiya tədbirlərini icra etməyi səngitməməli və arxayın olmamalıyıq. Ümidvaram bundan sonrakı proseslər xalqımızın xeyrinə həll olacaq”.